Sent-Luisdə amerikalı polislər 19 yaşlı silahlı qaradərili gənci güllələyiblər, “St. Louis Post-Dispatch” bildirib. Qeyd edilib ki, asayiş keşikçilərindən biri də qaradərili olub.
Polislər qırmızı rəngli “Chevrolet Monte Carlo” markalı avtomobili təqib ediblər, onların məlumatına əsasən bu maşın keçən ay oğurlanıb. Sürücü idarəetməni itirərək maşını divara çırpıb. Asayiş keşikçiləri maşına yaxınlaşdıqda sərnişin oturacağından əlində silah olan qaradərili gənc düşüb. Polislərin silahı endirmə əmrinə məhəl qoymayan gəncə atəş açılıb.
Oxu.Az bu barədə Lenta-ya istinadən xəbər verir.
Yerli polis şefi Sem Dotsonun sözlərinə görə, afroamerikalı aldığı yaradan xəstəxanada keçinib. 19 yaşlı digər gənc - maşının sürücüsü saxlanılıb. Xəbər portalının informasiyasına görə, o istintaqla əməkdaşlıq edir.
Həlak olanın adı hələ ki, açıqlanmır. Dotson gəncin kriminal keçmişi olduğunu bildirib. Əsasən də maşın oğurluğunda və qaçırılmasında ittiham edilib.
Baş verənlərdən bir saat sonra bir neçə nəfər küçəyə çıxaraq “Ədalət yoxdur, sülh yoxdur!” şüarını qışqırmağa başlayıblar.