Missuri ştatının Sent-Luis şəhərində qaradərili yeniyetmənin öldürülməsindən sonra kütləvi etiraz aksiyaları başlayıb. Bu barədə The Guardian məlumat verir.
Oxu.Az-ın Gazeta-ya istinadən verdiyi məlumata görə, polis əməkdaşının 18 yaşlı yeniyetməni qətlə yetirdiyi yanacaqdoldurma məntəqəsində ən azı 100 nəfər toplaşıb.
Öncə verilən məlumatda qeyd olunurdu ki, dekabrın 23-də axşam saatlarında polis əməkdaşı yeniyetməni güllələyib. Polis əməkdaşı ondan sənədlərini xahiş edib, əvəzində gənc oğlan tapançanı götürüb və onu polis əməkdaşına tuşlayıb. Özünü müdafiə məqsədilə polis əməkdaşı yeniyetməyə atəş açmalı olub.
12:20
ABŞ-ın Sent-Luis şəhərində polis 18 yaşlı qaradərili yeniyetməni güllələyib. Bu barədə yerli KİV məlumat verib.
Şahidlərin sözlərinə görə, gənc oğlan silahsız olub. Bundan başqa, hadisə yerinə gələn öldürülən gəncin ailəsinə onun meyitinə baxmağa icazə verilməyib.
Oxu.Az-ın Gazeta-ya istinadən verdiyi məlumata əsasən, hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, avqustun 9-da ABŞ-ın Ferqüson şəhərində polis nəfəri Darren Uilson 18 yaşlı qaradərili Maykl Braunu saxlayarkən onu güllələmişdi. Polisin bildirdiyinə görə, gənc oğlan polisə hücum etmişdi.