Beynəlxalq Kosmik Stansiyasına istiqamətlənmiş Amerika raketi “Falson 9”, SpaceX şirkətinin Dragon yük gəmisi ilə havaya qalxdıqdan 3 dəqiqə sonra partlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti bildirib.
Start Kanaveralda (ABŞ, Florida ştatı) baş tutub. Dragon Beynəlxalq Kosmik Stansiyasına çərşənbə axşamı iyunun 30-da yaxınlaşmalı idi. Gəmi stansiyaya, əsasən ərzaq, elmi eksperimentlər üçün avadanlıq və materiallardan ibarət olan iki tona yaxın yük aparırdı. Bir neçə həftədən sonra yük gəmisi eksperimentin nəticələri ilə Yerə qayıtmalı idi.
Bu missiya Dragon özəl gəmisi üçün yeddinci missiya idi. Keçən dəfə “Falson 9” raketi BKS-ya aprelin 14-də yola düşüb. Yük gəmisi stansiyaya uğurla yan alıb, mayın 21-də isə ondan ayrılaraq paraşütün yardımı ilə Sakit okeanda suyun üzərinə edib.
Bu gün üçün Dragon BKS-dan yükləri geri gətirməyə qadir olan yeganə gəmidir. Raket və gəmini SpaceX Amerika şirkəti istehsal edir. Onun NASA ilə 1,6 milyard dollar məbləğində müqaviləsi Dragon-un BKS-yə (2015-ci ildə bağlanılmış müqavilənin müddətinin 2017-ci ilə qədər artırıldığı təqdirdə) 12 uçuşu nəzərdə tutur.