ABŞ-ın Nevada ştatında Rusiyadan olan Rajden Şulaya saxlanılıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, ona qarşı artıq ittiham irəli sürülüb.
Ümumilikdə ABŞ-ın Nyu-York şəhərində MDB-dən olan 30-a yaxın kriminal avtoritetə qarşı ittiham irəli sürülüb. Mütəşəkkil cinayətkar dəstəyə Rajden Şulaya və Zurab Canaşvili başçılıq edib.
Cinayətkarların saxlanılması və dəlillərin toplanılması əməliyyatında Nyu-York polis idarəsinin, Federal araşdırmalar bürosunun və ABŞ-ın immiqrasiya və gömrük nəzarət Xidmətinin əməkdaşları iştirak ediblər.
Məlumata görə, saxlanılanlar soyğunçuluq, dələduzluq, narkotik və odlu silahla bağlı cinayətlərdə, cibgirlikdə, saxta sənəd hazırlamaqda, kazinolara və iaşə obyektlərinə haqq qoymaqda, yüksək vəzifəli polis zabitlərini ələ almaqda, rüşvət verməkdə, o cümlədən sifarişli qətllər törətməkdə ittiham olunurlar. Onlar təkcə Nyu-Yorkda yox, Nyu-Cersi, Pensilvaniya, Florida və Nevada da daxil olmaqla, bir sıra ştatlarda fəaliyyət göstəriblər. Saxlanılanların əksəriyyəti gürcü əsilli qanuni oğrulardır. Maralıdır ki, saxlanılanlar arasında Azər Aslanov adlı azərbaycanlının da adı keçir.
Əgər Rajden Şulayanın günahı sübut olunarsa o, 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyri-rəsmi məlumata görə, 2013-cü ildə Kiprdə “sxodkada” Suxumi oğru klanının lideri Merab Canqveladzenin yaxınları tərəfindən R.Şulayaya "qanuni oğru" adı verilib.

S.S.
www.oxu.az