Gürcüstanda yaşayan ABŞ-dan olan ailənin 19 yaşlı çoban Malxaza Kobauri tərəfindən qətlə yetirilməsilə bağlı yeni faktlar aşkarlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
“Qətlə yetirilən Lora Smitin cəsədinin ekspertizası zamanı onun zorlandığı aşkar edilib”, – deyə telekanalın mənbəsi bildirib.
Həmçinin mənbənin məlumatına görə, Kobauridən götürülən telefonda qadının fotoları da aşkar edilib.
“İmedi” kanalında ABŞ-dan olan Rayan və Lora Smit cütlüyünün və onların dörd yaşlı oğlunun öldürülməsilə bağlı çobanın dindirilməsinin videosu da göstərilib.