“ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələr “Ənsar-Allah” hərəkatının husi üsyançılarının hərbi imkanlarını azaldıb”.
Bu sözləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar üzrə rəhbəri, general Duqlas Sims jurnalistlər üçün brifinqdə deyib.
“Biz husilərin hərbi imkanlarını zəiflətdik. Onların o gün hərəkət etdikləri kimi hərəkət edə biləcəklərinə inanmıram”, - deyə Sims yanvarın 9-da üsyançıların hücumunu nəzərdə tutaraq bildirib.
Eyni zamanda general ABŞ-nin zərbələrin nəticələrini qiymətləndirdiklərini qeyd edib. “Biz döyüşlərdən dəyən zərərin tam ölçüsünü bilmirik. Müxtəlif hədəflərə vurulan döyüş zərərini qiymətləndirməyə davam edirik”, - deyə o əlavə edib.
Əməliyyat departamentinin rəhbəri etiraf edib ki, husilər hansısa cavab tədbirlərə əl ata bilərlər.
Duqlas Simsin fikrincə, buna baxmayaraq, ümumilikdə husilərin hücumları nəticəsiz qalır.
“Yenə də ümid edirəm ki, onlar cavab zərbələri endirmək fikrinə düşməyəcəklər”, - deyə o vurğulayıb. General həmçinin əlavə edib ki, ABŞ Yəmən hərəkatının cavab addımlarına hazırdır.
Mənbə: TASS
Rəylər