ABŞ-ın Yaxın Şərqdə yerləşən komandanlığı (CENTCOM) “İslam dövləti” terror təşkilatına qarşı “kampaniyanın sürətləndirilməsi” üzrə plan hazırlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi İŞİD ilə mübarizə koalisiyasının qərargahın nümayəndəsi Con Dorrian bildirib.
“Biz daha sonra Vaşinqtonda elan ediləcək qərarların qəbul ediləcəyini gözləyirik”, - Dorrian Bağdaddan videoəlaqə ilə keçirilən brifinqdə bildirib.
O dəqiqləşdirib ki, müvafiq təkliflər “komandanlığın zənciri” üzrə istiqamətlənib: CENTCOM-un komandanı Cozef Boteldən müdafiə naziri Ceyms Mettiusa doğru, o, təklifi ABŞ prezidenti Donald Trampa təqdim edəcək.
N.О.
www.oxu.az