Helsinki sammitinə görə ABŞ prezidenti Donald Trampın ünvanına tənqidi çıxışlar davam edir.
Oxu.Az xəbər verir ki, amerikalı konqresmen Eliot Engel Amerika prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən olduqca sərt ifadələrə yol verirb.
ABŞ Konqresinin Nümayəndələr palatasının iclası zamanı Engel Amerika prezidentini xidmətçi itə bənzədib.
“Bütün dünya Birləşmiş Ştatların prezidentinin Putinin əlaltısına çevrildiyini gördü. Putinin pudelinə. Bu biabırçılıqdır, iyrəncdir və təhlükəlidir”, - Eliot Engel deyib.
Qeyd edək ki, daha öncə MKİ-nin sabiq rəhbəri Con Brennan Trampın davranışını “ağır cinayətə” bənzətmişdi.
Senator Con Makkeyn isə Helsinki sammitini faciəvi səhv adlandırnışdı.
Rəylər