Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Amerikalı strateq: "Trampın Administrasiyası 30 gün ərzində dağılacaq"
"ABŞ Prezidenti Donald Trampın Administrasiyası 30 gün ərzində dağılacaq".
Oxu.Az "The Hill" qəzetinə istinadla xəbər verir ki, bu iddianı tanınmış amerikalı demokrat-strateq Ceyms Karvill irəli sürüb.
Strateq bunu onunla əsaslandırıb ki, ictimaiyyət icraedici hakimiyyətin misli görünməmiş hərəkətlərinə reaksiya verəcək:
"Donald Trampın Administrasiyası elə indi çökür. Biz iflasın ən qızğın dövründəyik. Prezident Trampın təqdir edilmə səviyyəsi ən aşağıdır. Çünki onun administrasiyası İlon Maskın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə federal xərcləri azaltmağa hazırlaşır. Bütün ölkəni narahatlıq və şok bürüyüb. Minlərlə federal qulluqçu işsiz qalıb".
C.Karvill vurğulayıb ki, deyəsən prezidentin ən yaxın müttəfiqlərindən bəziləri bu tədbirlərdən narazıdırlar: "Trampın təqdir edilmə reytinqi 50 faizdən 30 faizədək düşüb".