ABŞ vətəndaşlarının yarıdan çoxu qarşıdakı seçkilərdə Donald Trampa səs verməyəcəyini bildirib.
Bunu “Politico” nəşrinin “Morning Consult” şirkəti ilə birlikdə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.
Nəticələrə əsasən, respondentlərin 52 faizindən çoxu Trampdan başqa istənilən namizədə səs verməyə hazırdır. Sorğuda iştirak edənlərin altı faizi böyük ehtimalla seçkilərdə hazırda Ağ Ev rəhbərinin əleyhinə severəcəklərini bildirib. Respondentlərin yalnız 26 faizi indiki prezidentə etimad göstərəcəklərini qeyd ediblər.
Bundan başqa, sorğu iştirakçlarının 56 faizi Trampın yürütdüyü daxili və xarici siyasəti dəstəkləmədiyini söyləyib. 41 faizi isə bunun əksini bildirərək, keçmiş daşınmaz əmlak maqnatının atdığı addımları təqdir etdiklərini qeyd edib.
Sorğuda ümumilikdə seçici olaraq qeydiyyatdan keçmiş 1933 ABŞ sakini iştirak edib.