Türkiyənin Mardin vilayətində yaşayış evində güclü yanğın olub.
“Demirören Haber Ajansı”nın (DHA) verdiyi xəbərə görə, hadisə Mazıdağı rayonunda baş verib.
Yanğın nəticəsində evdə olan 34 yaşlı Nisan Tur və qızları 1 yaşlı Miray, 5 yaşlı Lorin, 7 yaşlı Ecrin həlak olublar. Onların cəsədləri ekspertiza üçün Mardin Dövlət Xəstəxanasına aparılıb.
Ana və üç uşağının yanğın zamanı ifraz olunan karbonmonoksit qazından zəhərlənib öldükləri məlum olub.
Faktla bağlı araşdırma başlayıb.
