“Anadolu” xəbər agentliyinin Türkiyənin Mardin əyalətinin Nusaybin şəhərində PKK terrorçuları tərəfindən qaçırılan üç əməkdaşı azad edilib, Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
15:06
Türkiyənin cənub-şərqində naməlum şəxslər “Anadolu” agentliyinin üç jurnalistini qaçırıblar.
Oxu.Az “Anadolu” agetnliyinə istinadən xəbər verir ki, müxbirlər naməlum yerdə artıq 48 saatdan çoxdur ki saxlanılır.
Nəşr həmçinin bildirir ki, onların əməkdaşları PKK terrorçuları tərəfindən oğurlanıb.