Anakonda Discovery Channel-in canlı yayımında nümayiş etdirilən eksperiment çərçivəsində alimi yemədi.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Eaten Alive (“Diri-diri yeyilən”) verilişi dekabrın 7-də telekanalda nümayiş etdirilib.
Nəhəng ilan tərəfindən udulmağın necə bir hiss olduğunu öz üzərində hiss etmək istəyən ABŞ tədqiqatçısı Pol Rozoli (Paul Rosolie) könüllü olub.
Xüsusi kostyum ona sağ qalmaq üçün yardım etməli idi. Amma tədqiqatçının geyimi anakondanı aldada bilmədi. İlan onu udmaq əvəzinə ona sarılaraq çiyinlərindən sıxmağa başlayıb.
Anakondanın bu qucaqlaması həddən artıq olduqda alim çiynini azad edərək eksperimenti dayandırıb.
Daha öncə dekabrın əvvəlində məşqlər zamanı Rozoli sürünən tərəfindən udulmuşdu.
Anakondanın daxilində bir saata yaxın vaxt keçirmişdi.
“Son xatırladığım şey üzərimdə asılı kimi dayanmış ilanın geniş açılmış ağzıdır. Bundan sonra sadəcə qaranlıq idi”, - o zaman tədqiqatçı belə anlatmışdı. Alim izah etmişdi ki, onun eksperimentinin əsas məqsədi Amazoniyanın tropik meşələrinin yox olmasına diqqət çəkmək idi. O, ilanın qarnından necə çıxdığını dəqiqləşdirməyib.
Eksperimentin anonsunun dərcindən sonra RETA (“Heyvanlarla etik davranış tərəfdarları”) verilişin müəlliflərini qınayıb. Təşkilatn bəyanatını şərh edən Rozoli qeyd edib ki, o, RETA-nın anakondanın sağlığı ilə narahatçılığını qiymətləndirir. O bildirib ki, anakonda məşqdən sonra sağdır və özünü yaxşı hiss edir.
Discovery Channel beynəlxalq peyk və kabel telekanalıdır, eləcə də eyni adlı teleşəbəkədir. Discovery-nin əsas kontenti elm və texnologiya haqqında olan proqramlardır.