Kiprin hazırkı prezidenti, sağ mərkəzçi Demokratik Birləşmə Partiyasının lideri Nikos Anastasiadis prezident seçkilərində qalib gəlib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə ölkənin DİN-i səslərin 100 faizinin hesablanmasından sonra bildirib.
Seçicilərin fəallığı 73,97 faiz təşkil edib.
Məlumatda qeyd olunur ki, Kiprin yeni prezidentinin adı rəsmən “Tassos Papadopulos” stadionunda keçiriləcək mərasimdə elan ediləcək.
E.Ə.
www.oxu.az