Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ancelina Coli Pitdən boşanma səbəbini açıqladı: “Bunu ağlamadan yazmaq mümkün deyil” - FOTO
Amerikalı aktrisa Ancelina Colinin Pittə yazdığı məktub sosial şəbəkədə dərc olunub.
O, məktubunda boşanmalarının səbəbinin alkoqol olduğunu açıqlayıb.
2021-ci il tarixli məktubunda Coli keçmiş əri ilə üz-üzə danışmaq istəmədiyini, həddindən artıq emosionallıqdan qaçmaq istədiyini qeyd edib. Aktrisa həmçinin “Chateau Miraval” şərab zavodunda payını satmaq niyyətində olduğunu da bildirib.
“Bura doğulandan sonra əkizləri gətirdiyimiz yerdir, anamın xatirəsinə qoyulmuş lövhənin önündə evləndiymiz məkandır. Bura qocalacağımı düşündüyüm yerdir. İndi də bunu ağlamadan yazmaq mümkün deyil. On il əvvəl burada yaşananlarla bağlı xatirələrimi qoruyacağam ”, - deyə Coli qeyd edib.
Aktrisa əlavə edib ki, şərab zavodu onların ailələrinin və bizneslərinin sonunun başlanğıcını gətirən yerdir.
Mənbə: İzvestiya
Rəylər