Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Andrey Yermak: “Ukrayna üçün kritik an gəlib”
“Ukrayna Silahlı Qüvvələrində silah çatışmazlığı və Kiyevə yardım paketinin ayrılması ilə bağlı ABŞ Konqresində davam edən müzakirələr fonunda Ukrayna üçün kritik an gəlir”.
Bu sözləri Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib.
“Mən həqiqətən ümid edirəm ki, ABŞ-nin Ukraynaya yardımı haqqında qanun layihəsi bu ay qəbul olunacaq, çünki Ukrayna kritik məqama yaxınlaşır”, - deyə ofisin rəhbəri bildirib.
Yermakın sözlərinə görə, Ukrayna xüsusilə əlavə hava hücumundan müdafiə sistemlərinə, eləcə də “Patriot” zenit-raket sistemləri üçün raketlərə böyük ehtiyac duyur.
“Bizim üçün problem vaxtdır. Vurğulamaq istəyirəm ki, indi kritik məqamdır. ABŞ yardımı paketinin bu ay təsdiqlənməsi çox vacibdir”, - deyə o təkrar vurğulayıb.
Mənbə: alternatio.org
"Patriot zenit-raket kompleksi" teqi üzrə xəbərlər
- Tramp Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyan üç nəfərin adını açıqladı
- ABŞ Ukraynaya hərbi və kəşfiyyat dəstəyini davam etdirəcək
- Aİ missiyası Azərbaycan sərhədi yaxınlığında nə edir? - YENİ GÖRÜNTÜLƏR
- KİV: "Ukrayna ordusunun "Patriot" raketləri tükənmək üzrədir"
- Ukraynada ABŞ hava hücumundan müdafiə sistemlərinin əvəz edilməsi prosesi başladı