Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır
Əgər Suriyada olan kürd yaraqlılar silahı yerə qoymaqdan imtina edərsə, Ankara və Dəməşq onlara qarşı birgə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.
Oxu.Az Türkiyənin "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hakimiyyətinə yaxın mənbədən məlumat verilib.
Belə ki, Suriyada müvəqqəti hökumət qurulduqdan dərhal sonra PKK (Kürdüstanın Fəhlə Partiyası) və İŞİD (İraq Şam İslam Dövləti) kimi terror təşkilatlarına silahlarını yerə qoymaq barədə çağırış ediləcək.
"Əgər silahlı qruplaşmaların cavabı mənfi olarsa, Suriya ordusu və Türkiyə silahlı qüvvələri ərazilərin azad edilməsi üçün birgə hərəkətlərə başlayacaq", - deyə mənbə vurğulayıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə ailəsi tərəfindən öldürülən Narin Güranın son arzusu məlum oldu: Qardaşından nə istəyib?
- Türkiyədə günlərdir yoxa çıxan gənc qadın sağ tapıldı: Anbaan görüntülər
- Türkiyə Avropanı özünün güc mərkəzini yaratmağa çağırdı
- Rafet El Romandan etiraf: Ən lazımsız mahnısını açıqladı
- Iğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimi baş tutacaq