Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ankara və Vaşinqton Suriya ilə bağlı ortaq məxrəcə gəlib
ABŞ və Türkiyə Suriyanın Mənbic bölgəsində vəziyyətin sabitləşdirilməsi üçün birgə “yol xəritəsini” razılaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İyunun 4-də ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüş keçirib.
Ali diplomatlar ortaq “yol xəritəsinin” gerçəkləşdirilməsina hazırlıq ifadə edib.
Pompeo və Çavuşoğlunun bəyanatına görə, görüşdə ABŞ və Türkiyənin Suriya ilə bağlı gələcək əməkdaşlığı, o cümlədən Mənbic bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasına imkan verəcək birgə addımlar müzakirə olunub.
Xatırladaq ki, aprel ayında Türkiyə hökuməti ABŞ-la birgə Mənbicə ordu yeridəcəyi ilə bağlı planlarını elan edib. Çavuşoğlunun sözlərinə görə, türkiyəli hərbçilər amerikalı əsgərlərlə birgə Mənbicə daxil olacaq.
F.M.
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə bina uçdu: Dağıntılar altında qalanlar var - ANBAAN GÖRÜNTÜLƏR
- Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı
- Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədində xidmətlərini dayandıracaqlar?
- Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir
- Türkiyədə sərnişin avtobusu yük maşınına çırpıldı: Ölənlərin və yaralananların sayı artdı
Rəylər