Ankarada axtarış aparan polis əməkdaşları özünü şübhəli aparan sürücünün avtomobilindən çox sayda silah-sursat aşkar edib.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, avtomobilin sürücüsü azərbaycan əsilli E.K. və sevgilisi T.Ö. saxlanılıb.
Məlumata görə, ümumilikdə avtomobildən 11 tapança, 12 daraq, çox sayda mərmi və 1,160 kiloqram kokain tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Samir İsayev
www.oxu.az