Ankara meriyasından RİA Novosti-yə verilən məlumatda bildirilir ki, bu gün şəhərdə heç bir partlayış baş verməyib.
Agentliyin sözçüsü qeyd edib ki, partlayış barədə şayələrə paytaxtda baş verən və tüstüsü bütün şəhəri bürüyən güclü yanğın səbəb ola bilər.
19:31
Türkiyənin paytaxtı Ankara şəhərində güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Bildirilir ki, partlayışdan sonra şəhər üzərini qara tüstü bürüyüb.
Hadisənin təfərruatları, ölən və yaralananlar barədə məlumat verilməyib.