Ankarada Beştəpə ərazisində yerləşən prezident sarayı hərbi aviasiyanın zərbələrinə uğrayıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, iğtişaşçılar tərəfindən endirilən zərbələr zamanı 5 nəfər həlak olub, yaralananlar var.
Hadisə yerindən qara tüstü qalxır.
Qeyd edək ki, ötən saat ərzində Ankarada sakitçilik hökm sürürdü, hərbi aviasiya uçuşları görünmürdü, lakin saat 7:00-dan etibarən yenidən atəş səsləri eşidilməyə başlayıb.