Ankarada törədilən terror aktı ilə əlaqəsi olmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu bildirib.
“Terror aktının araşdırılması çərçivəsində 11 nəfər saxlanılıb. Ölənlərdən 35 nəfərin cəsədi qohumlarına təhvil verilib.
Qalan iki cəsədin DNT analizi davam etdirilir. Onlardan birinin terrorçu-kamikadzeyə, digərinin isə onunla əlbir olan şəxsə məxsus olmasında artıq tam əminlik var”, - deyə Davudoğlu qeyd edib.
17:32
Türkiyə hakimiyyəti Ankarada terror aktına aidiyyatı olan dörd nəfərin saxlanıldığını bildirib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Mart ayının 13-də Türkiyənin paytaxtı Ankarada avtobus dayanacağında insanların toplaşdığı saatda böyük terror aktı törədilib. Daha öncə terror aktını iki terroçu-kamekadze – qadın və kişi tərəfindən törədildiyi barədə məlumat yayılmışdı.
Son məlumata görə, şəhər əhalisinin daha sıx olduğu rayonlardan birinin mərkəzində partlayıcı dolu avtomobilin partladılması nəticəsində 37 nəfər ölüb, 70 nəfərdən çox adam xəstəxanalara yerləşdirilib, onlardan 15-nin vəziyyəti ağırdır.