Fransada anomal istilərin səbəb olduğu meşə yanğınları təxminən 35 000 hektar ərazini əhatə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri mülki müdafiə xidmətinin məlumatlarına istinadən xəbər verib.
* Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır
* KİV: Avropada istidən azı 14 min insan ÖLDÜ
* Fransada meşə yanğınlarının miqyası böyüyür - VİDEO
* Fransa isti hava səbəbindən qış üçün yığılan qaz ehtiyatlarını istifadə etməyə başlayıb
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanğın mövsümündə ölkədə 30 000 hektar ərazini əhatə edən 15 000 yanğın hadisəsi qeydə alınmışdı. Bu il isə artıq 11 000 yanğın hadisəsi baş verib.
Mülki müdafiə xidmətinin rəhbəri Jülyen Maryon bildirib ki, son üç həftə ərzində yanğınsöndürənlər bütün ölkə üzrə eyni vaxtda 250-300 yanğın ocağını söndürməyə çalışırlar. Hazırda Fransanın təxminən 50 departamentində yüksək meşə yanğını riski mövcuddur.
Xüsusilə ötən həftə Parisin cənub-şərqində yerləşən məşhur Fontenblo meşəsində yanğın baş verib. Yanğın lokallaşdırılsa da, 2 000 hektardan çox ərazini əhatə edən bu alovun tamamilə söndürülməsi həftələr çəkə bilər.