Türkiyədə xarici turistlərin olduğu avtobus qəzaya uğrayıb.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, hadisə Antalya bölgəsində baş verib.
Avtobusun sürücüsü idarəetməni itirərək qayaya çırpılıb.
Nəticədə 28 nəfər, o cümlədən 25 rumıniyalı turist xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.