Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda minik avtomobili 150 metrlik uçuruma yuvarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Məlumata görə, avtomobildə olan yeddi nəfərdən beşi hadisə yerində həlak olub, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, sürücü döngələrin birində idarəetməni itirib. Faktla bağlı polis araşdırma aparır.
Antalya valisi Hulusi Şahin jurnalistlərə açıqlamasında bildirib ki, avtomobildə iki ailənin üzvləri olub və onların hamısı Türkiyə vətəndaşıdır.
İstintaqın ilkin nəticələrinə görə, avtomobil yüksək sürətlə hərəkət etdiyindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi uçuruma aşıb.