Türkiyənin istirahət şəhəri Antalya yaxınlığında əsgərlər olan avtomobilə hücum olub.
Oxu.Az Haberler agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 əsgərin yaralandığı qeyd edilir.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Araşdırma aparılır.