Türkiyənin Antalya bölgəsində paraşütlə uçan rusiyalı turistlərin qəfil yerə düşmələri səhnələri yayılıb.
Görüntülərdə artıq yerə düşmüş paraşüt qeydə alınıb.
Rusiya saytlarının yaydığı videoda xəsarət almış qadına tibbi yardım göstərilməsi anı da əksini tapıb.
Xatırladaq ki, sentyabrın 14-də Antalyada iki turist xəsarət alıb. Külək onların paraşütünü palma ağaclarına çırpıb.
Hündürlükdən düşmə nəticəsində turistlər müxtəlif dərəcəli travmalar alıblar.