“Real” Madridin ulduz futbolçusu Kriştianu Ronaldo İspaniya Professional Futbol Liqasının təşkil etdiyi mərasimə sevgilisi İrina Şaykla qatılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, İspan televiziya ulduzları və şoumenlərinin iştirak etdiyi gecədə məşhur yumorist-aparıcı Eva Hachenin Ronaldo haqda işlətdiyi sözlər futbolçunu utandırıb.
Aparıcı xanımın “Sənə bir şey söyləməliyəm, Ronaldo. Bu ana qədər heç bir kişini səni gördüyüm qədər alt paltarlarıyla görmədim. Sən tüklərini təmizlədən ən yaraşıqlı kişisən” sözləri Şaykı qəzəbləndirib. Tanınmış model qısqanc baxışlarla sevgilisinə baxaraq narahatlığını bildirib.