ABŞ-ın “Apple” şirkəti 3 gün ərzində 10 milyondan çox “iPhone 6” və “iPhone 6 Plus” modeli satıb.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir.
Bu “iPhone” satışı tarixində qeydə alınan rekord göstəricidir.
“İlk üç gün ərzində “iPhone 6” və “iPhone 6 Plus” modellərinin satışı bizim gözləntilərimizi üstələdi”, - deyə şirkətin baş direktoru Tim Kuk bildirib. Hazırda yeni smartfonlar ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq, Yaponiya, Puerto-Riko, Sinqapur və Böyük Britaniyada satışdadır.
Sentyabrın 26-da yeni telefonlar Rusiya da daxil olmaqla, 20-dən çox ölkədə satışa çıxarılacaq. İlin sonuna kimi bu ölkələrin sayı 115-ə çatacaq.