Amerikanın Apple korporasiyası App Store elektron mağazasında qiymətləri artırmaq niyyətində olduğunu bildirib, 9to5Mac portalı məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, qiymətlər əsasən Rusiya, Kanada, İsrail, Meksika, Yeni Zelandiya, Sinqapur və CAR-da artacaq.
Proqramların qiymətləri və proqramların daxilində qiymətlər yaxın 72 saat ərzində artırılacaq. Qiymətlər orta hesabla 20-25 faiz artacaq.
Daha öncə Apple tərəfindən özündə gecə rejimi də daxil olmaqla bir sıra yeni funksiyaları birləşdirən, qurğunu işlətdikdən sonra daha tez yuxuya getməyə yardım edən iOS 9.3-ün beta-versiyası buraxılıb.