Apple şirkətinin baş direktoru Tim Kuk özünü qeyri-ənənəvi seksual oriyentasiyasından (cinsi azlıq, gey olmasından – red.) danışıb.
Oxu.Az xəbər verir ki, “Tim Kuk hər şeyi etiraf edir” başlıqlı köşə yazısı BloombergBusinessweek dərgisində yer alıb.
Kuk öz materialında bildirib ki, heç zaman öz oriyentasiyasını gizlətməyib, lakin baza məxfilik səviyyəsini qoruyub-saxlamağa çalışıb.
Kuk bildirib ki, özünü fəal hesab etməsə də, onun bu etirafının cinsi ayrı-seçkiliklə mübarizə aparan digər insanlara kömək edəcəyinə ümid bəsləyir.