Apple şirkəti yeni nəsil iPad planşetlərini təqdim edib.
Oxu.Az xəbər verir ki, təqdimat mərasimində şirkətin marketinq üzrə vitse-prezidenti Fil Şiller çıxış edib.
Onun sözlərinə görə, yeni iPad mini 3 boz, gümüşü və qızılı rənglərdə olacaq.
iPad mini 3-ün 16GB-ı 399 dollar, 64GB-ı 499 dollar, 128GB-ı 599 dollardır.
Yeni planşetlərə sifarişlərin qəbuluna bu gündən başlanılacaq. Hələlik planşetlərin Azərbaycandakı satış qiymətləri məlum deyil.