Məşhur simaların ailə həyatı göründüyü kimi sakit keçmir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış qadınlar həyat yoldaşı, sevgililəri, ailə üzvləri ilə mübahisələri düşür, hətta döyülürlər.
Amerikanın pop ulduzu Rihanna 2009-cu ildə “Grammy” mükafatlandırma mərasimində nişanlısı Chris Brown tərəfindən döyülüb. Rihanna şikayətçi olmasa da məhkəmə Browna 6 ay həbs vermiş, müğənniyə isə 50 metrdən az bir məsafədə yaxınlaşmasına icazə verməmişdi. 2012-ci ildə barışan cütlük nəhayət ki, 2013-cü ildə ayrılıblar.

Aktrisa Perihan Savaş əri İbrahim Tatlısəs tərəfindən döyülüb. İbrahim həyat yoldaşını Dərya Tuna ilə aldadıb. Ailə arasında baş vermiş münaqişənin sonu aktrisanın ciddi döyülməsi ilə başa çatıb.

Məşhur müğənni Madonna isə 1985-ci ildə ailə həyatı qurduğu Sean Penn arasında davaları çox olub. Penn içkiyə qurşandığından sonra hər gün Madonnanı döyüb. Müğənninin əri tərəfindən başına çubuqla zərbələr endirilməsi, əllərini stola bağlayaraq saatlarla döyülməsi ölkə gündəmini bir-birinə qatmışdı.

Oskar mükafatının sahibi Charlize Theron CAR-lı atası tərəfindən dəfələrlə döyülüb. Hətta içkili olan atası ona təcavüz etmək istəyib. Anası Gerda 15 yaşlı qızını xilas etmək üçün həyat yoldaşını öldürüb.

Tanınmış rəqqasə Asena sevgilisi İbrahim Tatlısəs tərəfindən döyülüb. Rəqqasə ondan icazəsiz bayıra çıxa bilmədəyini, çox döyüldüyünü dilə gətirib. İbrahim Asenanın başına bir neçə dəfə buz qapını atıb, qan içində qalan rəqqasə xəstəxanalıq olub.

Canlı əfsanə, rok ifaçısı Tina Turner prodüser və musiqiçi əri tərəfindən şiddətə məruz qalıb. Hətta əri ifaçısını döydüyünü, yumruqla zərbələr endirdiyini canlı efirdə etiraf edib.

Türkiyənin məşhur modeli Dəniz Akkaya döyülən məşhurlar sırasındadır. Çox döyüldüyü üçün modelin qulağında eşitmə problemi yarandığı ortaya çıxmışdı.
