“Apple” şirkətinin mobil qurğularının istifadəçiləri üçün “iOS 8” əməliyyat sistemi aktivləşib.
Oxu.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, “iPhone 4S”, “iPad 2”, “iPad mini”, 5-ci nəsil “iPod Touch” və digər modellərin sahibləri öz qurğularını yeni “iOS 8” platforması ilə əvəz ediblər. Ancaq bu yenilik istifadəçilərin narazıçılığına səbəb olub.
Belə ki, bu sistemdə 3G-ni aktiv və qeyri-aktiv etmək mümkün deyil. Nəticədə istifadəçilər bunun enerji qənaətinə də ziyan vurduğunu bildirib.