Sualları hərbi ekspert, ehtiyatda olan general, Azərbaycanda Ukrayna icmasının idarə heyətinin üzvü Vladimir Timoşenko cavablandırır.
- Ukraynada keçirilən beynəlxalq “Rapid Trident 2014” təlimlərində onun təşkilatçısının ABŞ olduğunu nəzərə alsaq, Azərbaycanın iştirakı bu tədbirin sürprizi oldu. Azərbaycanlı hərbçilərin bu tədbirlərdə iştirakı sizi təəccübləndirdimi?
- Əksinə, bu məlumat məni sevindirdi. Bu, çox simvolikdir.
- Bəzi müşahidəçilər hesab edirlər ki, Azərbaycanın bu tədbirlərdə iştirakı Ukraynada baş verənlərə Bakının bitərəf, laqeyd yanaşması fikrini ləğv edəcək.
- “Laqeydlik” nə deməkdir? Hal-hazırda bu pis olardı. Hər şeyə açıq gözlə baxmaq lazımdır və hər şeyə obyektiv qiymət vermək lazımdır. Əgər Rusiya, bütün dünya tərəfindən aqressor kimi tanınıbsa, o zaman bitərəflik, laqeyidlik haqqında fikirləri yalnız siyasətdən uzaq adamlar apara bilər.
Bizim döyüşçülərimizin bu təlimlərdə iştirakını yalnız salamlamaq olar, bu bizim yalnız xeyrimizədir. Bu təcrübədir, bu bizim beynəlxalq etirafımız, eyni zamanda da həmrəyliyimizin əlamətidir. Belə ki bu amil çox, həm də çox müsbətdir. Azərbaycanın bu tədbirə dəvəti, respublikanın, öz maraqlarını qorumağa qadir güclü silahlı qüvvələrə malik müstəqil dövlət kimi tanınması deməkdir.
- Azərbaycan hərbi aspektdə ehtiyatı qorumadığı, BMT-nin Ukraynanın ərazi bütövlüyünə dair bəyanatının dəstəklədiyi anda Ermənistan hər iki addımdan kənar dayandı. Rəsmi Kiyev, Dağlıq Qarabağ üzrə gələcəkdə mövqelərində Bakı və Yerevanın bu addımlarını nəzərə alacaqmı?
- Əlbəttə. Həm də Ukrayna heç bir zaman ərazi bütövlüyünə qarşı olmayıb. Mən hətta Milli Məclisin deputatı olduğum zaman mənim həmkarlarım, AŞPA-da olan azərbaycanlı nümayəndələr, ukraynalı nümayəndələrin Azərbaycanı bütün məsələlərdə dəstəklədiklərindən danışırdılar.
Bütün tarix boyu Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini, onun Dağlıq Qarabağa, eləcə də digər işğal olunmuş torpaqlara olan haqqını dəstəkləyib və dəstəkləyəcək. Buna heç bir şübhə ola bilməz.
- Ukrayna ilə eyni zamanda Azərbaycanda da Türkiyə və bu ölkənin HHQ iştirakı ilə hərbi təlimlər keçirilir. Siz NATO-nun üzv ölkəsinin bu təlimlərdə iştirakını necə qiymətləndirirsiz?
- Çox müsbət. Bu dünyada bu gün olan vəziyyət üçün mühümdür, xüsusilə də Ukraynada baş verən hadisələrdən sonra. Ümumiyyətlə, demək istərdim ki, baş verənlərin fonunda mən nüvə silahının digər ölkələrin məsələn, İranın sahib olmalasının tərəfdarı oldum.
- Hətta Ukrayna nüvə ölkəsi statusunu qaytarmaq istəyir.
- Bəli. Mən bunun labüdlüyü barədə hələ Krım hadisələrindən öncə danışırdım. Ona görə də Azərbaycan hərbi gücünü artırmalıdır. Mən ikiəlli razıyam ki, Azərbaycan NATO-nun tərkibinə daxil olsun, baxmayaraq ki, mən nə vaxtsa Ukraynanın bu alyansa üzv olmasına narazı idim və NATO-ya düşmən kimi baxırdım. Amma bu gün Rusiyanın aqressiyasının təsiri altında hər şey dəyişib. Mən bu ölkənin rəhbərliyinə olan inamımı itirmişəm...
F.H.
www.oxu.az