Moskvada aptekə hücumun videosu yayılıb.
REN TV xəbər verir ki, 33 yaşlı kişi əczaçıya təzyiq göstərib və apteki yararsız hala salıb.
Qarışqa turşusu və korvalol içən kişi aptekin xəzinəsində olan pulları da oğurlamaq qərarına gəlib. Qısa müddət sonra isə cinayətkar tibbi yardıma ehtiyac duyub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatını araşdırır.