ABŞ-ın Filadelfiya şəhərində araqla dolu yük avtomobili aşıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Associated Press telekanalı məlumat yayıb.
Sürücü hadisə nəticəsində yüngül xəsarətlər alıb.
Bildirilir ki, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Yük maşınında olan spirtli içki yola dağılıb. Yol-nəqliyyat hadisəsindən sonra şosse 10 saata yaxın bağlı olub. Nəticədə yolda böyük tıxac yaranıb.
S.B.
www.oxu.az