Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Arestoviç: "Qərb, Çin və Rusiya Ukraynanı böləcəklər"
"Qərb ölkələri, Çin və Rusiya artıq münaqişəyə son qoymağa razılaşıblar və tezliklə Ukraynanı böləcəklər".
Bu sözləri Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Aretoviç deyib.
"ABŞ, Fransa, Çin və Vladimir Vladimiroviç arasında faktiki olaraq razılıq əldə olunub", - deyən Arestoviç bu qənaətə hansı rəsmi məlumatlar əsasında gəldiyini açıqlamayıb.
Keçmiş müşavirin fikrincə, yaxın vaxtlarda münaqişənin siyasi yolla həlli başlayacaq, lakin atəşkəsdən əvvəl tərəflər danışıqlar üçün hərbi yolla özlərinə sərfəli mövqelər yaratmağa çalışırlar.
Arestoviç hesab edir ki, Rusiya ordusunun Xarkov vilayətinə hücumu məhz bu səbəbdəndir. O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin bu yaxınlarda Ukrayna məsələsi üzrə danışıqlara hazır olduqları barədə bəyanatlar veriblər.
"Fransa" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik"
- Makronun Vaşinqtona səfəri BOŞ VAXT İTKİSİ adlandırıldı
- Qlobal borc rekord həddə çatıb
- Üç Avropa ölkəsi Ukraynaya qoşun yeritməyə hazırdır
- Rusiyanın Marseldəki konsulluğuna HÜCUM ANI: Partlayış törədənlərin kimliyi təəccübləndirdi