Argentina prezidenti Kristina Kirşner topuq burxulması ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Buenos Aires Herald qəzeti məlumat verib.
Nəşr qeyd edib ki, prezidentin Santa-Kruz əyalətində istirahəti zamanı ayağı burxulub.
Oxu.Az-ın Rosbalta-a istinadən verdiyi məlumata əsasən, ona ayaq biləyi əzələlərinin dartılması diaqnozu qoyulub.
Travmaya görə Kristina Kirşner məzuniyyətini dayandırıb Buenos-Ayresə qayıtmalı olub.
Xatırladaq ki, bu ilin noyabrında prezident bağırsaq soyuqdəyməsi ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Xəstəliyə görə o, 15-16 noyabr tarixində Avstraliyada keçirilmiş G-20 sammitində iştirakdan imtina etmişdi.