Argentinada, Eseysa şəhərindəki sənaye parkında güclü partlayış və yanğın olub.
Oxu.Az "La Nacion" qəzetinə istinadən bildirir ki, ən azı beş zavod yanğından zərər çəkib, 24 nəfər xəsarət alıb.
Hadisə yerində 20-dən çox yanğınsöndürən briqadası işləyir.
Qeyd olunur ki, yanğın Speqazzini poliqonu kimi tanınan sənaye sektorunda başlayıb, burada neft-kimya zavodları açıq ərazidə fəaliyyət göstərir.