Danimarka parlamenti ABŞ, Qrenlandiya və Danimarka arasında Arktika regionunda təhlükəsizliyə dair müqaviləyə razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ritzau" agentliyi məlumat yayıb.
Sənədin lehinə 109 deputat səs verib, əleyhinə çıxan olmayıb.
Qeyd edək ki, noyabrın 3-də Qrenlandiya parlamenti sentyabrın 22-də Nyu-Yorkda imzalanmış sözügedən üçtərəfli Arktika təhlükəsizlik paktını dəstəkləmişdi. Qəbul edilən bu sənəd 1951-ci ildə bağlanmış müqavilənin yenilənmiş variantı hesab olunur və ABŞ tərəfinin adada hərbi bazalar qurmağı planlaşdırdığı iki ərazinin - Narsarsuak və Mestersviqin yerini müəyyənləşdirir.