“Artur” qasırğasının nəticələri Kanadada 200 mindən çox insanı elektrik təchizatından məhrum edib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, işıqsızlıq ölkənin Atlantik sahili boyu Yeni Şotlandiya, Nyu-Brunsvik vilayətləri və Şahzadə Edvard adasında yaşanıb.
Ən çox işıq kəsintisi 110 min insanın əhatə etdiyi Yeni Şotlandiya vilayətinə düşüb. Elektrik cərəyanının 48-72 saat ərzində bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Şimali Amerikanı lərzəyə salan “Artur” qasırğasının küləyinin sürəti saatda 116 kilometr olduğu bildirilir. Təbii fəlakət yaşanan bölgələrdə yüzlərlə ağac qopub, elektrik və reklam dirəkləri dağılıb. Qasırğanın yatmasına baxmayaraq, bölgədə sel təhlükəsi hələdə mövcuddur.