ABŞ-ın Milli Təhlükəsizlik agentliyi “Facebook” və “Google”un köməkliyi ilə Latın Amerikası zonasından çıxan məlumatların 98%-ni nəzarətdə saxlayır.
Oxu.Az xəbər verir ki, bunu WikiLeaks təsisçisi Culian Assanj deyib.
Asanj Amerika xüsusi xidmət orqanlarının məlumatları nəzarətdə saxlamasında “Facebook” və “Google” rolunu xüsusi qeyd edib.
““Google” və “Facebook” ABŞ-ın ərazisində yerləşir, onların yurisdiksiyası və cinayət məcəlləsi ilə işləyir, və bu səbəbdən onlardan hansı bir məlumatın götürülməsində problem yaranmır”, - WikiLeaks təsisçisi deyib.