Astanada 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Oxu.Az-ın “Tengrinews.kz” saytına istinadla verdiyi xəbərə görə, polisdə bildiriblər ki, qəzanın səbəbkarı Azərbaycan vətəndaşı Əliyev E.R olub.
“BMW markalı avtomobili idarə edən Əliyevə qarşı inzibatı qaydada iş qaldırılıb”, - polsidən bildiriblər. İş baxılmaq üçün artıq rayonlararası inzibati məhkəməyə göndərilib.
Bundan savayı Azərbaycan vətəndaşı icbari sığortadan yayındığına görə də qanun qarşısında cavab verməli olacaq.