Aston Martin şirkəti, martın ilk günlərində Cenevrə avtosalonunda təqdim ediləcək Vulkan superkarını görüntülərini yayıb.
Oxu.Az xəbər verir ki, cəmi 24 ədəd superkar istehsal ediləcək, onlaırn hər biri alıcılara 2 milyon avroya başa gələcək.
Vulcan 7 litr həcmli V12 atmosfer mühərriklə çalışır. Gücü 800 at gücündən artıqdır. Sürət yığma və maksimal sürətini Aston Martin hələ ki dəqiqləşdirmir.
Bütün gələcək müştərilərə Aston Martin V12 Vantage S, One-77 və Vantage GT4 kimi avtomobillərdə peşəkar pilotların kursunu keçmə şans təqdim edir.
Bundan sonra onlar şəxsi “Vulkan”larını idaər edə bilərlər.
E.Ə.
www.oxu.az