“Türkiyə Hava Yolları”na məxsus təyyarə İstanbulda məcburi eniş edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Türkiyə Hava Yolları”na məxsus, İstanbuldakı Sabiha Gökçen Hava Limanından səmaya qalxan təyyarə bir neçə dəqiqə sonra şəhərin Atatürk Hava Limanında məcburi eniş edib.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, avqustun 5-də İstanbul-Milano istiqamətində uçuş edən təyyarənin məcbur eniş etməsi texniki nasazlıq səbəbindən baş verib.
Texniki baxışa göndərilən təyyarənin göyərtəsindəki 96 sərnişin başqa hava gəmisi ilə yola salınıb.
