Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ermənistanın Araqat vilayətindən olan A.Qriqoryan rəsmi məlumata görə ön xəttə 2 gün əvvəl çıxıb.
Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.