ATƏT ölkələrinin xarici işlər nazirləri beynəlxalq terrorizm ilə bağlı yekun deklarasiyanı qəbul etdilər, RİA “Novosti” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Belqradda nazirlərin konfransında iştirak edən ATƏT-də Rusiyanın daimi nümayəndəsi Aleksandr Lukaşeviçin sözlərinə görə, bir neçə sənəd təşkilatın qarşısında konkret məsələlər qoyur.
Onun sözlərinə görə, onların arasında Rusiyanın təşəbbüskarı olduğu terrorizmə qarşı deklarasiya da yer alır.
O əlavə edib ki, iclasda müzakirə zamanı terrorizm ilə mübarizəyə aid olmayan hər şeyin bir kənara qoyulmasının vacibliyi vurğulanıb.
Daha öncə Almaniyanın ATƏT-in XİN Şurasının iclasını 2016-cı ildə Hamburqda keçirmək istədiyi barədə məlumat yayılmışdı.