Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində saxlanılan Xüsusi Monitorinq Missiyasının (SMM) bir sıra üzvlərinin azad edilməsi üçün çalışdığını bildirib.
“ATƏT milli SMM missiyasının bir sıra üzvlərinin Donetsk və Luqanskda həbsdə olmasından son dərəcə narahatdır. ATƏT öz əməkdaşlarının azadlığa buraxılması üçün bütün mövcud kanallardan istifadə edir”, - ATƏT-in mətbuat xidməti sorğuya cavab olaraq, heç bir təfərrüat açıqlamadan qeyd edib.
ATƏT-in mətbuat xidmətindən vurğulanıb ki, SMM Ukraynada qalan heyətə yardım göstərməkdə davam edir.
The OSCE is extremely concerned that a number of @OSCE_SMM national mission members have been deprived of their liberty in Donetsk and Luhansk and is using all available channels to facilitate their release.
— OSCE (@OSCE) April 23, 2022