Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Auchan" hipermarket şəbəkəsi Rusiya bazarını tərk etmir?
Fransanın "Auchan" pərakəndə satış şirkətinin Rusiyadakı törəmə şirkəti "AŞAN Retail Rossiya" Rusiyada fəaliyyətini dayandırmaq niyyətində olmadığını açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti gazeta.ru-ya bildirib.
"Bir neçə ildir ki, "AŞAN Retail Rossiya"nın satılması və şirkətimizin Rusiya bazarından çıxması ilə bağlı şayiələr dolaşır. Biz bu şayiələri dəfələrlə təkzib etmişik. Hazırda "AŞAN Retail Rossiya" yerli əhalinin rifahı naminə Rusiya bazarında fəaliyyətini davam etdirdiyi vaxt yeni məlumat ortaya çıxıb. Cavabımız yenə də eynidir: biz bazardakı şayiələri şərh etmirik", - deyə şirkətdən bildirilib.
Fransanın "Auchan" hipermarket şəbəkəsi Rusiya bazarından çıxmağa qərar verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "La Lettre" jurnalı bildirib.
Bildirilib ki, şirkət artıq Rusiyadakı biznes payının potensial alıcılarını tapıb. Digər təfərrüat verilməyib.
Nəşrin mənbəyinə görə, Rusiyadan çıxmağın səbəblərindən biri ölkədə iş şəraitinin pisləşməsidir.
2023-cü ilin fevralında "The Insider" öz araşdırmasında bildirib ki, "Auchan" yerli bölməsi Ukrayna müharibəsinin əvvəlindən Rusiya qoşunlarına mallar tədarük edib. Fransanın mağazalar şəbəkəsi bu ittihamları rədd edib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiya səmasında atəşfəşanlıq kimi Qütb parıltısı
- "Financial Times"dan 2025-ci il üçün proqnoz: "Bitcoin"in qiyməti 200 min dollara çata bilər
- Rusiyada pirotexniki vasitələrlə dolu avtomobil yanıb
- Rusiyanın bir sıra regionlarında kriptovalyuta hasilatına qadağa qüvvəyə mindi
- Rusiya qazının Ukraynadan tranziti dayandırılıb
Rəylər